Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın azalıb

Maliyyə
  • 28 aprel, 2025
  • 10:10
Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 253,3 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % azdır.

3 ay ərzində bankların əməliyyat gəlirləri 1 milyard 555,7 milyon manat (14,9 % çox), əməliyyat xərcləri 1 milyard 133,6 milyon manat (27,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 107,4 milyon manat (34,6 % çox), digər gəlirləri 0,3 milyon manat (5,7 dəfə az), mənfəət vergisi ödəmələri isə 61,7 milyon manat (15,4 % az) təşkil edib. 

44 filmi