Azərbaycanın bank sektorunun aktivləri 2% azalıb

Azərbaycanın bank sektorunun aktivləri 2% azalıb Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 473 milyon manat təşkil edib.
Maliyyə
25 Dekabr , 2020 13:05
Azərbaycanın bank sektorunun aktivləri 2% azalıb

Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 743 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır.

Bankların aktivlərinin 13 105,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 1,1% kiçilib, kreditlərin aktivlərdəki payı isə 42,15%-dən 42,6%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,7% azalaraq 26 081,8 milyon manata, o cümlədən depozit portfeli 4,5% azalaraq 19 312,7 milyon manata düşüb. Bunun 7 797,8 milyon manatı fiziki, 11 514,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Il ərzində əhalinin banklardakı vəsaitləri 8,9%, şirkətlərin banklardakı vəsaitləri isə 1,2% azalıb.

Hesabat dövründə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 84,9% artaraq 525,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 1,25% artaraq 4 661,2 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi