Azərbaycanın bank sektorunun aktivləri 5% artıb

Azərbaycanın bank sektorunun aktivləri 5% artıb Bu il mayın 1-nə sektorun aktivləri 32 796,7 milyon manat təşkil edib
Maliyyə
27 May , 2021 14:42
Azərbaycanın bank sektorunun aktivləri 5% artıb

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 796,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 4,9% çoxdur.

Bankların aktivlərinin 13 434,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 1,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,5%-dən 41%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 5,1% artaraq 28 065,6 milyon manata, o cümlədən depozit portfeli 7,1% artaraq 21 362,1 milyon manata çatıb. Bunun 8 219,9 milyon manatı fiziki, 13 142,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 7,3%, şirkətlərin banklardakı vəsaitləri isə 7% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 15,3% azalaraq 371,3 milyon manat olub.

Sektorun balans kapitalı isə 3,7% artaraq 4 731,1 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi