Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 37 982,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 18,9 % çoxdur.
Bankların aktivlərinin 15 632,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,9 %-dən 41,2 %-ə çatıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 21% artaraq 32 954,3 milyon manata, o cümlədən depozit portfeli 32,9 % artaraq 26 954 milyon manata çatıb. Bunun 9 456,9 milyon manatı fiziki, 17 497,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 17 %, şirkətlərin banklardakı vəsaitləri isə 43,3 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 15,2 % azalaraq 317,3 milyon manat olub.
Sektorun balans kapitalı isə 6,5% artaraq 5 028 milyon manat təşkil edib.