Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 5 dəfə azalıb

Maliyyə
  • 26 iyul, 2022
  • 12:13
Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 5 dəfə azalıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,1 milyon manat xalis zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5 dəfə azdır.

Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,2 milyon manat (illik müqayisədə 9,1% çox), xərcləri 0,6 milyon manat (20% çox), xüsusi ehtiyatlara ayırmaları isə 0,7 milyon manat (36,4% az) təşkil edib.

Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 14,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,35% azdır. Bunun 12,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 4,6% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 14% azalaraq 4,9 milyon manata düşüb, balans kapitalı isə 6,6% artaraq 9,7 milyon manata çatıb. 

44 filmi