Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 13 dəfə artıb

Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 13 dəfə artıb Azərbaycandakı kredit ittifaqları 2023-cü ili 0,25 milyon manat xalis zərərlə başa vurub.
Maliyyə
23 Yanvar , 2024 11:52
Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 13 dəfə artıb

Azərbaycandakı kredit ittifaqları 2023-cü ili 0,25 milyon manat xalis zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 12,5 dəfə çoxdur.

Ötən il kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (əvvəlki illə müqayisədə 4,2 % az), xərcləri 1,3 milyon manat (3,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (14,9 % çox), mənfəət vergisi ödəmələri isə 0,5 milyon manat (53 % az) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Bunun 11 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 2,65 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 7,9% azalaraq 3,5 milyon manata, balans kapitalı isə 1 % azalaraq 9,5 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi