Azərbaycandakı kredit ittifaqlarından biri rebrendinq edib

Maliyyə
  • 11 noyabr, 2022
  • 11:29
Azərbaycandakı kredit ittifaqlarından biri rebrendinq edib

Astara rayonunun Kijəbə qəsəbəsində fəaliyyət göstərən "İqtisadi İmkanlar Kredit İttifaqı" MMC adını "Kapital Kredit İttifaqı"na dəyişib.

"Report" xəbər verir ki, buna səbəb kredit təşkilatının əsas təsisçisinin dəyişməsidir.

Bununla əlaqədar maliyyə qurumunun hüquqi ünvanı da dəyişərək İmişli şəhəri, 28 may küçəsi olub.

Xatırladaq ki, "İqtisadi İmkanlar Kredit İttifaqı" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 560 manat, qanuni təmsilçisi isə Emil Teyyub oğlu Əhmədlidir.

44 - Tezliklə