Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 2 milyard manata yaxınlaşıb
Maliyyə
- 15 aprel, 2025
- 16:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 1 milyard 915 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 20 % çoxdur.
Sənədə əsasən, müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 26 % artaraq 1 milyard 637 milyon manata çatıb.
Bundan başqa, portfel idarəetməsi 233 milyon manat, marja ticarət xidməti isə 45 milyon manat olub ki, bunlar da illik müqayisədə müvafiq olaraq 6 % və 6,3 % azdır.
Son xəbərlər
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr