Azərbaycanda vaxtı ötmüş kreditlərin restrukturlaşması uzadıla bilər

Azərbaycanda vaxtı ötmüş kreditlərin restrukturlaşması uzadıla bilər Azərbaycan banklarında vaxtı ötmüş kreditlərin restrukturlaşmasına dair 2019-cu ilin sonunadək bağlanan müqavilələrin vaxtını müddətsiz uzatmaq məqsədəuyğun olardı.
Maliyyə
19 Dekabr , 2019 12:48
Azərbaycanda vaxtı ötmüş kreditlərin restrukturlaşması uzadıla bilər

"Azərbaycan banklarında vaxtı ötmüş kreditlərin restrukturlaşmasına dair 2019-cu ilin sonunadək bağlanan müqavilələrin vaxtını müddətsiz uzatmaq məqsədəuyğun olardı".

“Report” xəbər verir ki, bu fikri “VTB Azerbaijan” bankının İdarə Heyətinin sədri Yevgeniy Kirin deyib.

“Məsələn, üzürlü səbəblərdən banka vaxtında müraciət edə bilməyən müştərilərə güzəşt tətbiq oluna bilər. Kreditlərin restrukturlaşması üçün mövcud güzəştli şərtlər (illik 1 faizlə 5 il müddətinə ödəmə, borcun əsas hissəsini 1 ildən sonra ödəmək imkanı) nəzərə alınsa, səliqəli bocalan təyin olunmuş müddətdə müraciət edə bilər”, o bildirib.

Bank rəhbəri “Bank VTB”nin restrukturlaşma zərfi 19,9 milyon manat məbləğində 5,7 min müqavilə, yəni müqavilə sayı baxımdan 56 faiz, restrukturlaşdırılan kreditlərin məbləği baxımdan da 52 faiz olduğunu diqqətə çatdırıb.

“Vaxtı ötmüş kreditlər üzrə təminat ödəmələrinə gəlincə, bankımız nəzərdə tutulan vəsaitin 98 faizini artıq ödəyib, qalan 2 faiz də təzminat üçün müraciət gəlmədiyi kreditlərin payına düşür”, – bank rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi