Azərbaycanda sığorta şirkətlərinin izafi təkrarsığorta ödənişlərinin qarşısı alınacaq
- 23 may, 2024
- 15:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda katastrofik risklərin modelləşməsinin yoxluğu sığortaçıların əlehinə işləyir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sığorta nəzarəti departamentinin direktoru Vüsal Qurbanov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
Onun sözlərinə görə, söhbət həm sığorta şirkətlərinin mühafizəsindən, həm də təkrarsığorta haqlarının (premiya) qeyri-adekvat hesablanmasından gedir.
“Modelləşmə zamanı təmiz məlumatlar mühüm əhəmiyyət kəsb edir. Əgər DATA-lar yaxşı deyilsə ehtimal olunan maksimum zərər məbləği (PML) tərkrarsığortaçı tərəfindən pis ssenari üzrə hesablanacaq. Bu da o deməkdir ki, sığorta şirkətləri boş yerə təkrarsığortaçıya pul ötürüblər", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı Türkiyənin zəlzələ risklərinin modelləşməsi üzrə ixtisaslaşan "Reasürans" şirkətlər qrupu ilə əməkdaşlığa başlayıb. Layihənin məqsədi katastrofik və zəlzələ risklərinin düzgün qiymətləndirilməsi, ölçülməsi və onun doğru şəkildə tənzimləmə çərçivəsinin inkişaf etdirilməsidir. Layihənin bilavasitə icrasını "Reasürans" şirkətlər qrupuna daxil olan "T Rupt Teknoloji" şirkəti həyata keçirir.