Azərbaycanda "Qlobal Pul Həftəsi"nə həsr olunmuş məktəblərarası müqabiqəyə start verilib

Azərbaycanda "Qlobal Pul Həftəsi"nə həsr olunmuş məktəblərarası müqabiqəyə start verilib Azərbaycanda məktəblilərin və gənclərin maliyyə savadlılığının artırılması məqsədi ilə növbəti "Qlobal Pul Həftəsi"nə start verilib.
Maliyyə
3 aprel 2025 14:43
Azərbaycanda Qlobal Pul Həftəsinə həsr olunmuş məktəblərarası müqabiqəyə start verilib

Azərbaycanda məktəblilərin və gənclərin maliyyə savadlılığının artırılması məqsədi ilə "Qlobal Pul Həftəsi"nə həsr olunmuş məktəblərarası müqabiqəyə start verilib. 

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankında (AMB) “Rəqəmsal dünyada təhlükəsiz ödənişlər: öz məlumatlarımızı və pulumuzu necə qoruyaq?” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən qurumun Bazar Davranışlarının Tənzimlənməsi Departamentinin Maliyyə məlunatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova bildirib ki, hər il bu həftə çərçivəsində AMB-nin təşkilatçılığı ilə müsabiqə təşkil olunur: "Məqsədimiz gənclərdə erkən yaşlarından maliyyə vərdişləri formalaşdırmaq, onları daha savadlı və daha sağlam maliyyə vərdişləri olan vətəndaş kimi yetişdirməkdir. Bu il müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 10 məktəb arasında keçirilir. Hər məktəbi 1 komanda təmsil edir. Bu günə qədər müxtəlif regionların məktəblərində bu cür tədbirlər keçirilib. Bu il də belə tədbirlərin keçirilməsi foksumuz var".

Orphus sistemi