Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 13 % artıb

Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 13 % artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 13 130,8 milyon manat təşkil edib ki, bu da proqnozdan 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,2 % çoxdur.
Maliyyə
14 Oktyabr , 2023 09:33
Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 130,8 milyon manat təşkil edib ki, bu da proqnozdan 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,2 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 59,5 % təşkil edib.

Sektor üzrə daxilolmaların 56,5 %-i və yaxud 7 milyard 414,6 milyon manatı vergi daxilolmaları, 35,8 %-i və yaxud 4 milyard 706,6 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,4 %-i və yaxud 582,2 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 %-i və yaxud 24,4 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,1 %-i və yaxud 403 milyon manatı isə sair gəlirlər olub.

Son xəbərlər

Orphus sistemi