Azərbaycanda qeyri-həyat sığortası bazarı 8 % böyüyüb
- 04 mart, 2023
- 08:23
Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 95,255 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,1 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 31,6 % artaraq 15,317 milyon manata çatıb.
Beləliklə, 2022-ci ilin yanvar ayında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 16,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 13,2 manat olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.
Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.