Azərbaycanda qeyri-həyat sığortası bazarı 5 %-ə yaxın böyüyüb

Maliyyə
  • 28 may, 2025
  • 12:10
Azərbaycanda qeyri-həyat sığortası bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 250,431 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,1 % artaraq 82,994 milyon manata çatıb.

Beləliklə, 4 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 33,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 33,6 manat olub.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588,466 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 231,333 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.