Azərbaycanda qeyri-həyat sığortası bazarı 28 %-dən çox böyüyüb

Maliyyə
  • 12 avqust, 2023
  • 11:10
Azərbaycanda qeyri-həyat sığortası bazarı 28 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 315,678 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,5 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 7 % artaraq 96,483 milyon manata çatıb.

Beləliklə, 6 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 36,7 manat olub.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 % çoxdur.

Bu ilin yarımillik dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.

44 filmi