Azərbaycanda qeyri-həyat sığortası bazarı 20 %-dən çox böyüyüb

Maliyyə
  • 01 aprel, 2023
  • 09:38
Azərbaycanda qeyri-həyat sığortası bazarı 20 %-dən çox böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 138,91 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,5 % artaraq 32,614 milyon manata çatıb.

Beləliklə, 2023-ci ilin yanvar-fevral aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 24,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.

İki ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.

44 filmi