Azərbaycanda ötən il 9 milyard manatlıq səhm və istiqraz emissiyaları qeydiyyata alınıb

Maliyyə
  • 26 aprel, 2023
  • 08:38
Azərbaycanda ötən il 9 milyard manatlıq səhm və istiqraz emissiyaları qeydiyyata alınıb

2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 9 039,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.

“Report” bu barədə AMB-nin illik hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2021-ci illə müqayisədə 2,75 % azdır.

Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 830 milyon manat (əvvəlki ilə nisbətən 55,1 % çox) olan 33 emissiya prospekti (65 % çox) və 1 informasiya memorandumu təsdiq edilib.