Azərbaycanda ötən il 2 milyard manatlıq yararsız pul tədavüldən çıxarılıb

Azərbaycanda ötən il 2 milyard manatlıq yararsız pul tədavüldən çıxarılıb 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı dövriyyədən 492 milyon ədəd pul nişanını mədaxil edib, 556 milyon ədəd pul nişanını isə məxaric edib
Maliyyə
15 Mart , 2021 09:56
Azərbaycanda ötən il 2 milyard manatlıq yararsız pul tədavüldən çıxarılıb

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 12,5 milyard manat və yaxud 492 milyon ədəd pul nişanını mədaxil edib, 13,9 milyard manatlıq və yaxud 556 milyon ədəd pul nişanını isə məxaric edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 13,8 % (1,4 milyard manat və yaxud 64 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 11,8 milyard manat təşkil edib.

Hesabat dövründə dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin artırılması məqsədilə elan edilmiş “tədavüldə təmiz pul siyasəti” davam etdirilib, tədavüldən mədaxil olunmuş 8,8 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı pul nişanları təkrar tədavülə buraxılıb, 2 milyard manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib.

Eləcə də AMB-də yaradılmış xidmət kassaları vasitəsilə əhalidən 5,4 milyard manat məbləğində pul nişanları dəyişdirilib. Koronavirus (COVID-19) infeksiyasının yayılması risklərinin minimallaşdırılması üçün bir sıra tədbirlər, o cümlədən dövriyyədən daxil olan pul nişanlarının AMB-nin xəzinələrində xüsusi karantin rejimində saxlanması, müddət bitdikdən sonra onların avtomatlaşmış sistemlərdə emal edilməsi və təkrar tədavülə yüksək keyfiyyətli pulların buraxılması kimi tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi