Azərbaycanda ötən il 11 milyard manatlıq səhm və istiqraz emissiyaları qeydiyyata alınıb

Maliyyə
  • 12 iyul, 2024
  • 05:18
Azərbaycanda ötən il 11 milyard manatlıq səhm və istiqraz emissiyaları qeydiyyata alınıb

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 10 milyard 638,7 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 17,7 % çoxdur.

Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 548,2 milyon manat (əvvəlki ilə nisbətən 34 % az) olan 34 emissiya prospekti (3 % çox) və 4 informasiya memorandumu (4 dəfə çox) təsdiq edilib.