Azərbaycanda orta aylıq əmək haqqı 13 % artıb

Azərbaycanda orta aylıq əmək haqqı 13 % artıb 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 703,5 manat təşkil edib.
Maliyyə
1534
13 Yanvar , 2021 11:25
Azərbaycanda orta aylıq əmək haqqı 13 % artıb

Bu il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 min nəfər və yaxud 2,4% artaraq 1 684,5 min nəfər olub, onlardan 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,7%-i təhsil, 18,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq 703,5 manat təşkil edib. Bununla belə, yanvar-oktyabr aylarının yekunları ilə müqayisədə ölkədə maaşların orta həddi 0,1 % azalıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi