Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatlar 50 %-dən çox artıb

Maliyyə
  • 25 dekabr, 2021
  • 07:41
Azərbaycanda ödəniş kartları ilə aparılan əməliyyatlar 50 %-dən çox artıb

Bu il dekabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 10,858 milyon ədəd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 1,7 %, yanvarın 1-nə nisbətən 17,6 %, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 18,8 % çoxdur.

Ödəniş kartlarının 32,3 %-i, yaxud 3,514 milyonu sosial kartların payına düşüb. Bu, illik müqayisədə 2,6 % çoxdur.

Hesabat dövründə əmək haqqı kartlarının sayı illik müqayisədə 5,2 % artaraq 2,626 milyona, digər kartların sayı 56,2 % artaraq 3,352 milyona, kredit kartlarının sayı isə 27,3 % artaraq 1,366 milyona çatıb.

11 ayda Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 3,732 milyard manat olub. Bu, əvvəlki ayla müqayisədə 10,1 %, ilin əvvəli ilə müqayisədə 18,2 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 50,8 % çoxdur.

Azərbaycanda debet və kredit kartları vasitəsilə 38,014 milyon əməliyyat aparılıb ki, bu da, əvvəlki ayla müqayisədə 14,1 %, ilin əvvəli ilə müqayisədə 58,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 86 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti