Azərbaycanda manatla geniş pul kütləsinin həcmi il ərzində 18 % artıb

Maliyyə
  • 25 avqust, 2021
  • 07:56
Azərbaycanda manatla geniş pul kütləsinin həcmi il ərzində 18 % artıb

Bu il avqustun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 31 milyard 507,3 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, iyulun 1-i ilə müqayisədə 4 %, ilin əvvəli ilə müqayisədə 8 %, ötən il avqustun 1-nə nisbətən isə 18 % çoxdur.

İyulun sonuna manatla geniş pul kütləsinin həcmi 21 milyard 840,9 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 % , ilin əvvəli ilə müqayisədə 7,6 %, ötən ilin iyulun sonuna nisbətən isə 21,8 % çoxdur.

44 filmi