Azərbaycanda manatla geniş pul kütləsi tarixi maksimumunu yeniləyib
Maliyyə
- 28 noyabr, 2020
- 09:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 26 mlrd 947,9 mln manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi oktyabrın 1-nə nisbətən 164,6 mln manat və ya 0,6 %, ötən ilin analoji dövrü ilə müqayisədə isə 501 mln manat və ya 1,9 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə 18 mlrd 573,6 mln manat təşkil edib. Bu, oktyabrın 1-nə olan analoji göstəricidən 145,8 mln manat və ya 0,8 %, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2 mlrd 234,6 mln manat və ya 13,7 % çoxdur.
Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi 18 mlrd 573,6 mln manata çataraq tarixi maksimumunu yeniləyib.
Son xəbərlər
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr