Azərbaycanda maliyyə sektorunun əməkdaşları üçün təlimlər başlayıb

Maliyyə
  • 23 fevral, 2022
  • 12:43
Azərbaycanda maliyyə sektorunun əməkdaşları üçün təlimlər başlayıb

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Monitorinqi Xidməti ilə birlikdə ölkədə fəaliyyət göstərən bankların mütəxəssisləri üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) məsələlərinə həsr olunmuş təlim keçirilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

“Müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsi və onun müəyyən edilməsi əsasları” mövzusunda təşkil olunmuş təlimdə PL/TMM üzrə müxtəlif simulyasiyalara geniş yer ayrılıb, bu istiqamətdə praktiki məsələlərin müzakirəsi və həlli diqqət mərkəzində saxlanılıb.

Fevralın 25-nə qədər davam edəcək təlimlər banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, investisiya şirkətlərinin və lizinq fəaliyyəti göstərən hüquqi şəxslərin məsul əməkdaşlarını da əhatə edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti