Azərbaycanda maliyyə axını 10 % artıb

Azərbaycanda maliyyə axını 10 % artıb Bu ilin I rübündə Azərbaycanda maliyyə axını 19,2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 mlrd manat və ya 9,5% çoxdur.
Maliyyə
7 Aprel , 2023 18:01
Azərbaycanda maliyyə axını 10 % artıb

Bu ilin I rübündə Azərbaycanda maliyyə axını 19,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard manat və yaxud 9,5% çoxdur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin I rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (21,2 %), tikinti (15,3 %), topdan və pərakəndə ticarət (13,6 %), mədənçıxarma sənayesi (10,2 %) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə nəqliyyat və anbar təsərrüfatı (2,9 dəfə) olub. Növbəti yerlərdə tikinti (89 %) və kənd təsərrüfatı (75 %) sahələri qərarlaşıb. Azalmalar isə maliyyə və sığorta fəaliyyəti (35 %), dövlət idarəetməsi və müdafiə (25 %), istirahət, əyləncə və incəsənət (1 %) sahələrində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi