Azərbaycanda könüllü sığorta bazarı 32 % böyüyüb

Maliyyə
  • 21 aprel, 2023
  • 06:43
Azərbaycanda könüllü sığorta bazarı 32 % böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 255,356 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31,6 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 78,218 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Beləliklə, I rübdə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 20,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 346,91 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 102,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 67,1 % çoxdur.

3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 23,7 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti