Azərbaycanda könüllü sığorta bazarı 2 %-dən çox böyüyüb

Maliyyə
  • 02 mart, 2024
  • 05:55
Azərbaycanda könüllü sığorta bazarı 2 %-dən çox  böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 118 milyon 307 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 30 milyon 547 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.

Beləliklə, ilk ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 25,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 23,2 manat olub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 139,114 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.

44 - Tezliklə