Azərbaycanda könüllü sığorta bazarı 16 %-dən çox böyüyüb

Maliyyə
  • 04 mart, 2023
  • 07:17
Azərbaycanda könüllü sığorta bazarı 16 %-dən çox böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 115,624 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 26,87 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.

Beləliklə, 2023-ci ilin yanvar ayında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 23,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 9,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.

Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti