Azərbaycanda könüllü sığorta bazarı 15 %-dək böyüyüb

Maliyyə
  • 24 dekabr, 2021
  • 06:58
Azərbaycanda könüllü sığorta bazarı 15 %-dək böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 528,898 milyon manat sığorta haqqı toplanıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.

Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 319,738 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,5 % azdır.

Yanvar-noyabr aylarında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 60,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 71,1 manat olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 767,914 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 429,849 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,8 % çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,6 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti