Azərbaycanda könüllü sığorta bazarı 15 %-dən çox böyüyüb

Maliyyə
  • 01 aprel, 2025
  • 14:59
Azərbaycanda könüllü sığorta bazarı 15 %-dən çox böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 220,90 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 87,366 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,4 % çoxdur.

Beləliklə, 2 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 41,8 manat olub.

Yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.

44 - Tezliklə