Azərbaycanda könüllü sığorta bazarı 11 %-dən çox böyüyüb
- 25 oktyabr, 2021
- 13:39
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta üzrə ümumilikdə 447,972 milyon manat sığorta haqqı toplanıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur.
Hesabat dövründə könüllü sığorta üzrə ödənişlərin məbləği isə 280,84 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,1 % çoxdur.
Yanvar-senyabr aylarında könüllü sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 64,1 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 655,62 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.
Yanvar-sentyabr aylarında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 373,491 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.