Azərbaycanda icbari sığorta üzrə ödənişlər təxminən 33 % artıb

Maliyyə
  • 26 iyun, 2024
  • 06:22
Azərbaycanda icbari sığorta üzrə ödənişlər təxminən 33 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 161,866 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 54,521 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 32,7 % çoxdur.

Beləliklə, 5 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 26,4 manat olub.

Xatırladaq ki, yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.

44 filmi