Azərbaycanda icbari sığorta haqları 1,2 % azalıb, ödənişlər 15 %-dən çox artıb
- 04 mart, 2023
- 07:29
Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 18,323 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,2 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 8,298 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15,2 % çxodur.
Beləliklə, 2023-ci ilin yanvar ayında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 45,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 38,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.
Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.