Azərbaycanda icbari sığorta bazarı 8 % kiçilib

Maliyyə
  • 19 fevral, 2022
  • 07:53
Azərbaycanda icbari sığorta bazarı 8 % kiçilib

Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 38,195 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,3% azdır.

Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 7,194 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 63,4% azdır.

Ötən ay icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 39,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 99,1 manat olub.

Ötən ay Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,4 dəfə azdır.

2022-ci ilin yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. 2021-ci ilin yanvar ayında bu göstərici 54,65 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti