Azərbaycanda icbari sığorta bazarı 14 % böyüyüb

Maliyyə
  • 21 yanvar, 2022
  • 06:55
Azərbaycanda icbari sığorta bazarı 14 % böyüyüb

Ötən il Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 257 milyon 302,6 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni göstəricisi ilə müqayisədə 13,9 % çoxdur.

Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 119 milyon 460,8 min manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.

İl ərzində icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 46,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,3 manat olub.

Qeyd edək ki, ötən il Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2020-ci ilə nisbətən 15,8 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4 % azdır.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 63,8 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti