Azərbaycanda icbari sığorta bazarı 41 % böyüyüb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 11:22
Azərbaycanda icbari sığorta bazarı 41 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 249 milyon 864 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,6 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 80 milyon 236 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 11,7 % çoxdur.

Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,1 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 40,4 manat olub.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti