Azərbaycanda icbari sığorta bazarı 41 % böyüyüb

Maliyyə
  • 01 aprel, 2023
  • 06:21
Azərbaycanda icbari sığorta bazarı 41 % böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 49,641 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 41,1 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 17,923 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur.

Beləliklə, 2023-ci ilin yanvar-fevral aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 41,2 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.

2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.