Azərbaycanda icbari sığorta bazarı 38 %-ə yaxın böyüyüb

Maliyyə
  • 27 yanvar, 2024
  • 07:10
Azərbaycanda icbari sığorta bazarı 38 %-ə yaxın böyüyüb

Ötən ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına 334 milyon 432,8 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 37,8 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 108 milyon 072,4 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.

Beləliklə, 12 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ildə 39,4 manat olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub.

Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azaldı. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti