Azərbaycanda icbari sığorta bazarı 31 % kiçilib
- 23 aprel, 2022
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 64,436 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 31 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 22,329 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 45,6 % azdır.
Beləliklə, 2022-ci ilin yanvar-mart aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-mart aylarında 43,9 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.