Azərbaycanda icbari sığorta bazarı 3 % böyüyüb
- 25 iyul, 2024
- 06:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycanda icbari sığorta növlərinin hesabına 184,098 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 61,623 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,7 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 28,2 manat olub.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.