Azərbaycanda icbari sığorta bazarı 26 %-ə yaxın böyüyüb
- 01 aprel, 2025
- 15:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 61,116 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 21,228 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,5 % çoxdur.
Beləliklə, 2 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 36,2 manat olub.
Yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.