Azərbaycanda icbari sığorta bazarı 14 % böyüyüb
- 25 oktyabr, 2021
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 207,649 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 92,652 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 83,6 % çoxdur.
Yanvar-sentyabr aylarında icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 28,1 manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 655,62 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.
Yanvar-sentyabr aylarında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 373,491 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.