Azərbaycanda həyat sığortası üzrə ödənişlər 83 %-ə yaxın artıb

Maliyyə
  • 25 iyul, 2024
  • 07:28
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 83 %-ə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda həyat sığortası növlərinin hesabına 405,038 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 82,8 % artaraq 234,97 milyon manata çatıb.

Beləliklə, 6 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 58 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 38,6 manat olub.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.