Azərbaycanda həyat sığortası bazarı 43 % böyüyüb

Maliyyə
  • 21 aprel, 2023
  • 10:30
Azərbaycanda həyat sığortası bazarı 43 % böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 150,476 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 43,1 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 3,2 dəfə artaraq 55,696 milyon manata çatıb.

Beləliklə, 2023-cü ilin I rübündə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 16,8 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 346,91 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 102,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 67,1 % çoxdur.

3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 23,7 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti