Azərbaycanda həyat sığortası bazarı 38 %-ə yaxın böyüyüb

Maliyyə
  • 01 mart, 2025
  • 14:34
Azərbaycanda həyat sığortası bazarı 38 %-ə yaxın böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,89 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 35,4 % artaraq 29,463 milyon manata çatıb.

Beləliklə, ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 48,4 manat təşkil edib.

Yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.