Azərbaycanda həyat sığortası bazarı 26 %-ə yaxın böyüyüb
- 01 aprel, 2025
- 15:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 126,505 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 16,2 % artaraq 70,478 milyon manata çatıb.
Beləliklə, 2 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 60,2 manat təşkil edib.
Yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.