Azərbaycanda həyat sığortası bazarı 16 %-dən çox böyüyüb

Maliyyə
  • 02 mart, 2024
  • 09:24
Azərbaycanda həyat sığortası bazarı 16 %-dən çox böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 45 milyon 012 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 9,6 % artaraq 21 milyon 765 min manata çatıb.

Beləliklə, həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 51,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 139,114 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.

44 - Tezliklə