Azərbaycanda həyat sığortası bazarı 15 % böyüyüb

Maliyyə
  • 29 aprel, 2025
  • 15:04
Azərbaycanda həyat sığortası bazarı 15 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanda həyat sığortası növlərinin hesabına 202,273 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 12,7 % artaraq 109,521 milyon manata çatıb.

Beləliklə, 3 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 55,2 manat təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 399,083 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,95 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə də bu göstərici 41,1 manat olub.