Azərbaycanda gələn il də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir

Maliyyə
  • 16 sentyabr, 2022
  • 07:08
Azərbaycanda gələn il də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

"Tədiyə balansı məlumatlarına görə I yarımillikdə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27,6%-i səviyyəsində profisit olub. Əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması iri həcmli cari hesabın formalaşmasına şərait yaradır.

Proqnozlara görə cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq", - deyə məlumatda qeyd olunub.