Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 8 % artıb
- 28 may, 2024
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 66,433 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 10,048 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 24,2 % çoxdur.
3 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 15,1 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 13,2 manat olub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.